Şrift:
Gəncədə Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub
04.11.2021 [10:18] - Xəbərlər, Sosial
8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) növbəti bayram tədbiri baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid valideynləri, qazilər, eləcə də Vətən müharibəsində şücaət göstərən hərbiçilər iştirak ediblər.

Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində Gəncə şəhərində silsilə tədbirlər təşkil olunur.

Türkiyə Respublikasının Gəncədəki baş konsulu Zəki Öztürk çıxışında 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqının yanında olmasını, onun haqq işini dəstəkləməsini təbii hal kimi dəyərləndirib və Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da sarsılmaz olacağını diqqətə çatdırıb.

Tədbirdə Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Suqovuşanın azad olunmasında əsl şücaət göstərən polkovnik Qalib Cəfərov, şəhid Elşən Abdullayevin atası Sabir Abdullayev, Vətən müharibəsi qazisi, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medallarla təltif olunmuş Ramin Şirinov çıxış edərək, keçdikləri döyüş yolundan danışıblar.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed