Şrift:
Marneulidə 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib
04.11.2021 [10:20] - Xəbərlər, Sosial
Gürcüstanın Marneuli rayonunda 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” bilik yarışı keçirilib.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) təşkil olunan intellektual yarışmada Marneulinin 15 ictimai məktəbinin şagirdləri və GAİM-in gəncləri iştirak ediblər.

Tədbir çərçivəsində GAİM-in foyesində Şuşa qalası, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, Ağdamın Çay evi, Qarabağın digər tarixi və mədəni abidələrinin maketləri sərgilənib.

Sərgidə Qələbənin simvolu olan xarıbülbülün maketi yarış iştirakçıları və qonaqların böyük marağına səbəb olub.

GAİM-in icraçı direktoru Orxan Pirverdiyev tədbiri açdıqdan sonra 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

O.Pirverdiyev Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsinin tarixi əhəmiyyətindən danışıb. O, bu yarışmanın gənclərin və məktəblilərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını qeyd edib.

Komandalar Qarabağın tarixi və mədəniyyəti ilə bağlı sualları cavablandırıblar.

Yarışda I yeri Təkəli kənd orta məktəbi, II yeri Marneulinin 8 saylı məktəbi, III yeri isə Böyük Muğanlı kənd məktəbinin şagirdləri tutublar.

Qalib komandalara pul mükafatları təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed