Şrift:
Zəfər Günü münasibətilə veteranlarla növbəti görüş keçirilib
05.11.2021 [14:04] - Xəbərlər, Sosial
Noyabrın 5-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü münasibətilə veteranlarla növbəti görüş keçirilib.

Respublika Veteranlar Təşkilatından bildiriblər ki, Təşkilatın sədri Fatma Səttarova tədbir iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, bu Zəfərin tarixi önəminə diqqət çəkib.

Fatma Səttarova qeyd edib ki, bu Zəfər Azərbaycan Ordusu ilə yanaşı, həm də Azərbaycan xalqının gücünü, onun həmrəylik və fədakarlıq keyfiyyətini bütün dünyaya göstərib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Sədr müavini deyib ki, bu Zəfər erməni işğalına son qoymaqla yanaşı, xalqımızın mübarizlik əzmini, ədalətsizliklə barışmazlıq keyfiyyətini dünyaya nümayiş etdirdi.

Sonra çıxış edən veteranlar Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətindən bəhs edib, veteranlara, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda veteranlara xüsusi mükafatlar və bayram sovqatları təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed