Şrift:
Torpaqlarımız xalqımızın öz liderinin ətrafında sıx birləşməsi və rəşadətli ordumuzun şücaəti nəticəsində azad olundu
09.11.2021 [10:28] - Gündəm, Sosial
Göyçayda Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış zamanı deputat Məzahir Əfəndiyev göyçaylıları Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda quruculuq işlərinin təməli ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qoyulub. Bu siyasət Ümummilli Liderin yolunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 30 ilə yaxın müddətdə işğal altında olan doğma Qarabağımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi, xalqımızın öz liderinin ətrafında sıx birləşməsi və rəşadətli ordumuzun şücaəti nəticəsində azad olunub.

Deputat Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.

Tədbirdə, həmçinin Vətən uğrunda canından keçmiş igidlərimizin ailələrinə təltif olunduqları medallar təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed