Şrift:
Zəfər Günü münasibətilə Barselonada konsert təşkil olunub
09.11.2021 [10:34] - Gündəm, Mədəniyyət
İspaniyanın Barselona şəhərində yerləşən məşhur Liceu Konservatoriyasında Zəfər Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin və mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri Kərim Kərimov açıb.

O, qonaqları salamlayaraq ötən müddət ərzində Cəmiyyət tərəfindən görülmüş işlər və Vətən müharibəsi zamanı göstərdiyi fəaliyyət haqqında qısa məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa ölkələri ilə iş şöbəsinin müdir müavini Cahid Quliyev tədbir iştirakçılarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Silahlı Qüvvələrinın həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və əsgərlərimizin qəhrəmanlığı nəticəsində Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi Qələbənin birinci ildönümü münasibətilə təbrik edib.

C.Quliyev hazırda dünyanın müxtəlif ölkələrində Zəfər Günü ilə bağlı keçirilən tədbirlər barədə məlumat verib.

Konsert proqramı dirijor, pianoçu və bəstəkar Abuzər Manafzadə və həyat yoldaşı, vokalçı Karen Onidia Danger Manafzadənin ifasında musiqi parçaları, milli rəqslərlə davam edib.

Konsert çərçivəsində Zəfər Günü ilə bağlı fotosərgi də keçirilib.
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed