Şrift:
Münhendə “Qarabağa qayıdış” gecəsi keçirilib
10.11.2021 [09:56] - Xəbərlər, Siyasət
Almaniyanın Münhen şəhərində “Qarabağa qayıdış” adlı gecə keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Tədbirdə azərbaycanlı qonaqlarla yanaşı, türk, yəhudi və alman diasporlarının nümayəndələri də iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının dövlət himnləri səsləndirilib, Birinci və İkinci Qarabağ müharibələrində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Münhendəki Azərbaycan Evinin rəhbəri Səttar Kərimov çıxışında qeyd edib ki, tədbirdə xristian və yəhudi dinlərinin nümayəndələrinin iştirakı Prezident İlham Əliyevin həyata keçirdiyi tolerantlıq və multikulturalizm siyasətinin təzahürüdür.

Qonaqlara 2020-ci ilin Vətən müharibəsi, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin müharibənin bütün 44 günü ərzindəki fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbir musiqi proqramı ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed