Şrift:
İraq mətbuatında Azərbaycanın Zəfər Günü ilə bağlı məqalə dərc olunub
11.11.2021 [10:23] - Xəbərlər, Siyasət
Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədovun non14.net saytında “Azərbaycan- 44 günlük müharibədə qazanılan qələbənin xatirəsi” sərlöhəli məqaləsi dərc olunub.

Diplomat məqalədə Azərbaycan və 8 noyabr - Zəfər Günü haqqında geniş məlumat verib. Nəzərə çatdırılıb ki, Sovet İttifaqının dağılması zamanı yaranan siyasi boşluqlardan istifadə edən Ermənistan Qarabağı işğal etdi. Münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu onu beynəlxalq normalar çərçivəsində həll edə bilmədi. Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin uzanmasına səbəb oldu. Lakin 2020-ci ilin sentyabrında Ermənistanın cəbhə xəttindəki təxribatına cavab olaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində Qarabağı erməni işğalından azad etdi.

Məqalədə qeyd olunub ki, 30 ilə yaxın bir dövrdə Ermənistan işğal altında saxladığı Azərbaycan rayonlarında məscidləri, tarixi abidələri, muzeyləri dağıdıb.

Bu gün işğaldan azad olunan rayonlarda tikinti-quruculuq işləri həyata keçirilir. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Cəbrayıl və Zəngilan rayonlarında “ağıllı kənd” kimi müasir layihələr həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed