Şrift:
“The National” xəbər portalı: Azərbaycan Ermənistanla altı həftəlik döyüşdə qazandığı Qələbənin birinci ildönümünü qeyd edir
11.11.2021 [10:26] - Xəbərlər, Siyasət
Birləşmiş Krallığın məşhur “The National” xəbər portalında “Azərbaycan Ermənistanla altı həftəlik döyüşdə qazandığı Qələbənin birinci ildönümünü qeyd edir” başlıqlı məqalə dərc olunub.

Məqalədə Qələbənin 1 illiyi münasibətilə paytaxt Bakıda yürüş keçirildiyi qeyd edilib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda nəhəng Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev strateji əhəmiyyətə malik Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunması münasibətilə noyabrın 8-ni Qələbə Günü elan edib. Şəhərin azad olunması Ermənistanı iki gün sonra Rusiyanın vasitəçiliyi ilə müqaviləni qəbul etməyə məcbur edib. Məqalədə Prezident İlham Əliyevin “Biz qalib ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Ermənistanda hər hansı bir qüvvə bizə laqeyd baxsa və ya revanşist meyillərə əl atsa, yumruğumuzu görəcək” sözləri qeyd olunur.

Məqalədə deyilir ki, Azərbaycanın tərkibində olan Qarabağ regionu erməni separatçıları tərəfindən işğal edimişdi. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən şiddətli döyüşlərdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək Qarabağın dərinliklərinə doğru irəliləyiblər. Münaqişəyə son qoyan müqavilə Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed