Şrift:
Azərbaycan səfiri etimadnaməsini Timor Leste Demokratik Respublikasının Prezidentinə təqdim edib
11.11.2021 [10:40] - Xəbərlər, Siyasət
Noyabrın 11-də Azərbaycan Respublikasının iqamətgahı Cakarta şəhərində olmaqla Timor Leste Demokratik Respublikasındakı (TLDR) səfiri Cəlal Mirzəyev etimadnaməsini bu ölkənin Prezidenti Fransisko Lu-Oloya təqdim edib.

Təqdimat mərasimi “Aitarak Laran” Prezident iqamətgahında ölkənin xarici işlər naziri və müavininin iştirakı ilə onlayn formatda keçirilib.

Təqdimat mərasimində Azərbaycan ilə yanaşı İsrail, Banqladeş, Danimarka və Maltanın TLDR-yə təyin olunmuş yeni səfirləri də etimadnamələrini Prezident Fransisko Lu-Oloya təqdim ediblər.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed