Şrift:
Xətai Sənət Mərkəzində “Qəlbimin palitrası” adlı rəsm sərgisi açılacaq
11.11.2021 [11:05] - Gündəm, Mədəniyyət
Noyabrın 19-da Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyniadlı rəsm sərgisinin açılışı olacaq.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, kitabı müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən hər kəs tədbirdə iştirak edə bilər.

Sərginin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed