Şrift:
“YARAT”da Zəfər Günü münasibətilə film nümayiş ediləcək
11.11.2021 [11:06] - Gündəm, Mədəniyyət
Bu gün “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Məzahir Həşimovun “Sizə məktub var” filmi nümayiş olunacaq.

“YARAT”dan bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bu film Birinci Qarabağ müharibəsi fonunda yaşanan məhəbbətdən bəhs edir.

Hərbi hospitalda çalışan tibb bacısı Səidə yaralı əsgərə sevgi duymağa başlayır. Onun sevgisi əsgər tərəfindən də diqqət və simpatiya ilə qarşılanır. Sağalmış əsgər yenidən müharibəyə qayıtmalı olur və Səidəyə söz verir ki, ona məktublar yazacaq. Səidə hisslərini uşaqlıq dostu Nadir ilə bölüşür, lakin Nadirin də müharibəyə yollanması onu daha da məyus edir. Müharibə xəbərləri onun yeganə ümidinə çevrilir.

Filmin nümayişi Zəfər Gününə həsr olunur.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed