Şrift:
Milli Kitabxana “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanı nəşr etdiri
11.11.2021 [11:10] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Kitabxanası tərəfindən Şuşanın işğaldan azad edilməsinin bir illiyi münasibətilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya tərtib olunaraq çap edilib

Kitabxananın hazırladığı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda Şuşa haqqında digər xarici dillərdə dərc olunan materiallar, habelə dünya milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib.

Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi: “Ermənilərin Şuşa şəhərində həyata keçirdikləri soyqırımlar tarixi mənbələrdə (1905-1989)”, “Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi (1990-2020)”, “Şuşa Sən Azadsan!”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfərləri, Şuşanın mədəniyyəti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı, ədəbiyyatı, görkəmli şəxsiyyətləri haqqında kitablarda, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Göstəricidəki materiallar 1876-2021-ci illəri əhatə edir. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə verilib. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilib. Göstəricinin istifadəsini asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Şuşa haqqında kitabların, məqalələrin adlar göstəricisi, Şuşa haqqında yazan müəlliflərin əlifba göstəriciləri verilib.

Biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/SHUSHA.pdf linkindən istifadə edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed