Şrift:
“Vətən müharibəsi Gəncə şəhidləri” kitabı nəşr olunub
11.11.2021 [11:12] - Gündəm
AMEA Gəncə Bölməsində Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Vətən müharibəsi Gəncə şəhidləri” kitabı nəşr edilib.

Kitab şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların tanıdılması məqsədilə hazırlanıb. Burada 107-si hərbi, 26-sı mülki olmaqla ümumilikdə, 133 Vətən müharibəsi şəhidinin tərcümeyi-halı öz əksini tapıb.

Kitabda müharibənin getdiyi müddətdə və ondan sonra dünyanın 30-dan artıq ölkəsinin aparıcı informasiya vasitələrinə ölkə başçısının verdiyi müsahibələrdən hissələr də yer alıb.

Nəşr olunan yeni kitab şəhidlərin xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Vətən müharibəsi, onun qəhrəmanları və qələbəyə öz töhfəsini vermiş mülki insanlar haqqında gələcək elmi-tədqiqatlar üçün qiymətli mənbədir.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed