Şrift:
Naxçıvanda 2 milyon 643 min kvadratmetrdən çox sahə dezinfeksiya olunub
12.11.2021 [11:33] - Gündəm, Sağlıq
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında viruslara yoluxmanın qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə növbəti intensiv qabaqlayıcı profilaktik tədbirlərə başlanılıb. Xüsusilə insanların intensiv istifadə etdiyi mərkəzlərdə dezinfeksiya işləri icra edilir.

Bu məqsədlə tərtib olunan qrafik əsasında səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin 5 xüsusi təyinatlı avtomobilinin iştirakı ilə Naxçıvan şəhərinin prospekt və küçələri, piyada səkiləri, yaşayış binaları, mədəniyyət müəssisələri, ticarət və alış-veriş mərkəzləri və digər ictimai yerlərin daxili və ətrafı dərmanlanıb. Ümumilikdə, bir gündə Naxçıvan şəhərində 1 milyon 808 min kvadratmetrdən çox ərazidə dezinfeksiya işləri aparılıb.

Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dərmanlama tədbirləri muxtar respublikanın rayonlarında da aparılıb. Qrafik əsasında Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının avtomobil yolları 7 xüsusi texnikanın köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub. Həmçinin ictimai yaşayış binalarında, ticarət mərkəzlərində, avtovağzallarda, uşaq bağçalarında, tibb müəssisələrində, kənd mərkəzlərində, məscidlərdə, mərasim evlərində, insanların sıx toplaşdıqları digər yerlərdə dezinfeksiyaedici maddələrlə tibbi-profilaktik tədbirlər həyata keçirilib.

Ümumilikdə, muxtar respublikanın rayonlarında 835 min kvadratmetrdən çox sahədə dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, tibbi-profilaktik tədbirlər noyabrın 21-dək davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed