Şrift:
Canni De Byazi: Bu gün millidə gördüyümüz işlər gələcəkdə ölkə futboluna öz bəhrəsini verəcək
15.11.2021 [10:31] - Gündəm, İdman
Bizim üçün yaxşı sınaq oldu. Fiziki baxımdan güclü komandaya qarşı oynadıq. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq.

Bunu Bakıda futbol üzrə Qətər yığması ilə yoldaşlıq oyunu keçiriən Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, ikinci hissədə bir neçə qol imkanımız oldu. Amma asan epizodlardan fərqlənə bilmiriksə, qələbə qazanmaq çətin olur. Futbolçuların oyunundan razıyam. Meydanda sonadək mübarizə apardılar. Bundan da yaxşı nəticə qazana bilərdik. Təəssüf ki, səhv bizə baha başa gəldi.

"Əgər tək nəticələr üzərindən dəyərləndirmə aparsaq, buradakı işimiz uğurlu alınmayıb. Ümumi götürdükdə, komandanın oyununda inkişaf görünür. Daha əvvəl də demişəm, nələrisə qurmaq istəyiriksə, bunu addım-addım etməliyik. Bu gün millidə gördüyümüz işlər gələcəkdə ölkə futboluna öz bəhrəsini verəcək. Futbolçularla aramızda yaxşı əlaqə var. Daha çox inkişaf edə bilərik”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan Azərbaycan - Qətər oyunu 2:2 hesabı ilə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed