Şrift:
Sərksiyan Bakını Moskva ilə hədələdi: “Müharibə olsa, müttəfiqimizə kömək üçün müraciət edəcəyik”
24.12.2012 [11:57] - Xəbərlər, Hadisə
“Qarabağda hərbi əməliyyatların başlanacağı təqdirdə dövlətlərarası müqavilələrə uyğun olaraq biz Ermənistanın hərbi-siyasi müttəfiqlərinə kömək üçün müraciət edəcəyik”.

Bu açıqlamanı Ermənistan prezidenti Serj Sərkisyan “Rossiya 24” telekanalına müsahibəsi zamanı deyib.

“İnanmıram ki, Ermənistan əhalisinin hər hansı bir faizi, yaxud dünya erməniləri Qarabağı hansısa təzyiq yolu ilə güzəştə gedəcək. Əslində biz bütün mümkün vasitələrlə Qarabağı müdafiə edəcəyik”-deyə Sərkisyan vurğulayıb.

O, bildirib ki, Ermənistan Qarabağ əhalisinin təhlükəsizliyi üçün qarantdır.

Sərkisyanın sözlərinə görə hərbi əməliyyatlar başlasa, Ermənistan Dağlıq Qarabağ əhalisinin müdafiəsinə çıxacaq. “Dağlıq Qarabağın Azərbaycanla heç bir bağlılığı ola bilməz”.

Daha sonra “barıtı çox elədiyini” başa düşən Sərkisyan bildirib ki, bütün bunlara baxmayaraq, danışıqlar prosesinin alternativini görmür.
“Biz heç bir halda hərbi əməliyyatların başlanmasını istəmirik. Kazan danışıqlarının sənədləri stolun üstündədir. Ona görə mən ümid edirəm ki, hansısa qərara gələ bilərik. Biz bu qərara gəlməyə məcburuq. Çünki hərbi əməliyyatlar nə bizi, nə də Azərbaycanı qane edir”.

“Mən hesab etmirəm ki, Azərbaycan xalqı müharibə istəyir. Biz heç bir xalqı öz düşmənimiz saymırıq”-deyə Sərkisyan sonda açıqlamasına kövrək notlar verib.

Xaqani SƏFƏROĞLU
Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed