Şrift:
Gürcüstanın cari ilin 10 ayında Azərbaycandan elektrik enerji idxalı artıb
16.11.2021 [10:36] - Xəbərlər, İqtisadiyyat
Gürcüstan cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 505,7 milyon kilovat-saat həcmində elektrik enerjisi idxal edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,56 faiz çoxdur

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında məlumat verilir.

Bildirilir ki, cari ilin 10 ayında Gürcüstan ümumilikdə 1 724,5 milyon kilovat-saat həcmində elektrik enerjisi idxal edib. Bunun da 29,32 faizi Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan ən çox Rusiyadan elektrik enerjisi tədarük edib - 1057,6 milyon kilovat-saat.

Gürcüstan yanvar-oktyabr ayları ərzində Azərbaycandan Türkiyəyə 318,3 milyon kilovat-saat həcmində elektrik enerjisi ötürülüb.
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed