Şrift:
ABŞ-da “Qarabağın ritmi” adlı xeyriyyə konserti keçirilib
16.11.2021 [10:44] - Xəbərlər, Mədəniyyət
ABŞ-ın Virciniya ştatında Zəfər Günü münasibətilə “Qarabağın ritmi” (“Rhythm of Karabakh”) adlı xeyriyyə konserti keçirilib.

"United Charities for Azərbaycan" tərəfindən təşkil olunan konsertdə Birləşmiş Ştatlarda yaşayan görkəmli azərbaycanlı musiqi xadimləri - pianoçu Nərgiz Əliyarova, Ruslan Ağababayevin rəhbərlik etdiyi caz-trio, Xan Bəylinin rəhbərlik etdiyi etno-pop-rok qrupu çıxış edib. Konsert Virginiya ştatının Aleksandriya şəhərində yerləşən George Washington Masonic National Memorial binasının teatr zalında keçirilib. Tədbirə 200-dən artıq bilet satılıb və bir sıra xarici ölkə səfirliklərınin nümayəndələri iştirak edib.

Konsertə bilet satışından toplanan vəsait Azərbaycanda şəhid və qazi ailələrinə yardım məqsədilə sərf olunacaq.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed