Şrift:
Bakıda “Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət sərgisi açılıb
17.11.2021 [11:04] - Gündəm, Mədəniyyət
Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş “Şərq irsi” adlı Beynəlxalq Müasir İncəsənət sərgisi açılıb.

XVII əsrdə inşa edilmiş milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında açılan sərgidə diplomatlar, jurnalistlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “Şərq irsi” sərgisində Əqdəs Bağırzadə (Azərbaycan), Andreas Lanq (Almaniya), Andre Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərləri nümayiş olunur.

Sərgi dekabrın 1-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed