Şrift:
UNESCO: Mədəniyyət Komissiyasının iclasında ölkəmizdə yaradıcı sənayelər istiqamətində görülən işlərdən danışılıb
18.11.2021 [10:06] - Gündəm, Mədəniyyət
Parisdə UNESCO-nun Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun Mədəniyyət Komissiyasının ilk iclası keçirilib.

UNESCO-nun üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların iştirak etdiyi Komissiya iclasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edib. İclas zamanı Komissiyanın bürosuna seçkilər keçirilib. Panama, İndoneziya və Lesotonun nümayəndələri sədr müavinləri seçiliblər. İclasın sədri Vasif Eyvazzadə gündəlikdə duran məsələləri qeyd edərək, gündəlikdəki vacib məsələlərdən olan Yerusəlim ilə bağlı 40-cı Baş Konfransın 43 saylı qətnaməsi və işğal olunmuş ərəb ərazilərində təhsil və mədəniyyət müəssisələrinin vəziyyətinə dair 67 saylı qətnamənin icra vəziyyətinə dair konsesnsusla qəbul edilmiş sənədləri UNESCO baş direktorunun kabinet rəhbəri Nikolas Kasianidesə təqdim edib.

İclasda UNESCO Baş direktorunun müavini Ernesto Ottone 2022-2025-ci illər üçün qrumun Proqram və büdcə layihəsini təqdim edib. UNESCO-nun nöbəti il üçün mədəniyyət sahəsi üzrə əsas Proqramının təqdimatından sonra 50 üzv ölkənin nümayəndələri çıxış edərək, Azərbaycan nümayəndəsini sədr seçilmək münasibətilə təbrik ediblər.

Üzv ölkələrin əksəriyyəti UNESCO Proqramında yaradıcı sənayelərin inkişaf etdirilməsinə daha ciddi önəm verilməsini alqışlayıblar. Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin II katibi Nahid Ömərov ölkəmiz üçün mədəni irsin qorunması, mədəni mülkiyyətin qanunsuz dövriyyəsi və yaradıcı sənayelərin inkişaf etdirilməsi mövzularının ciddi əhəmiyyət kəsb etdiyini, ölkəmizdə yaradıcı sənayelər sahəsində görülən işlərdən söz açaraq, Yaradıcı Sənayelər Federasiyasının təsis edildiyini və bu kontekstdə hazırkı Proqram və büdcə sənədini dəstəklədiyimizi diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed