Şrift:
İtaliyada koronavirusun qurbanlarının sayı 133 mini ötüb
19.11.2021 [10:41] - Gündəm, Sağlıq
İtaliyada ötən gün COVID-19-a yoluxanların sayı 10 min 638 nəfər artaraq ümumilikdə 4 milyon 893 min 887-yə yüksəlib.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində koronavirusun qurbanlarının sayı isə 69 nəfər artaraq 133 min 34-ə çatıb.

Ölkədə ötən gün 625 min 774 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı 132 min 513 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 503 nəfər, virusdan sağalanların sayı isə 5148 nəfər artaraq 4 milyon 628 min 340 olub.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed