Şrift:
İstanbulda “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabı təqdim olunub
19.11.2021 [10:43] - Gündəm, Kitab evi
Türkiyənin İstanbul və Marmara universitetlərində azərbaycanlı tarixçi alim, professor Həsən Həsənovun “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirlər Azərbaycanın Türkiyədəki səfirliyi, ölkəmizin İstanbuldaki Baş Konsulluğu və adıgedən ali təhsil müəssisələrinin təşkilatçılığı ilə baş tutub.

Mərasimlərdə baş konsul Nərminə Mustafayeva, hər iki universitetin rektorları və tələbə-müəllim heyəti iştirak edib.

Tədbirlərdə çıxış edənlər kitabın müəllifi Həsən Həsənovun zəngin siyasi, diplomatik və elmi fəaliyyəti, eləcə də kitab haqqında danışıblar. Bildirilib ki, “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabı bölgəmizin qədim tarixinə işıq salır. Əsərdə Azərbaycan xalqının çoxəsrlik tarixinin ilk dövrləri haqqında oxuculara maraqlı məlumatlar çatdırılır.

Müəllif Həsən Həsənov öz növbəsində kitabda müasir Azərbaycan və Türkiyə ərazisində yaşayan xalqlarla bağlı əsaslı məlumatların əks etdirildiyini bildirib.

Sonra müəllif tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, həmçinin əsərini imza ilə oxuculara hədiyyə edib.

Qeyd edək ki, bundan əvvəl qardaş ölkənin paytaxtındakı Ankara, Hacı Bayram Vəli və Qazi universitetlərində təqdimatı keçirilən “Atropatena-Adorbaygan adlı dövlətin doğuşu” kitabı Türkiyənin “Zəngin yayıncılık” nəşriyyatı tərəfindən çap edilib.
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed