Şrift:
“Şuşadakı duyğular” şeirlər kitabı Bişkekdə üç dildə nəşr edilib
22.11.2021 [10:32] - Xəbərlər, Kitab evi
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə şair Vaqif Aslanın Şuşada qələmə aldığı “Şuşadakı duyğular” şeirlər kitabı Bişkekdə Azərbaycan, özbək və türk dillində nəşr olunub.

Şeirləri özbək dilinə Gülzira Şaripova, türk dilinə Yusif Aslan tərcümə edib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu ilin avqust ayında Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərində ədəbi ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri arasında Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslan da olub.

Şair Şuşa təəssüratlarını şeirə çevirib, bu qədim şəhəri düşmən caynağından qurtaran əsgər və zabitlərimizi, vətən torpağını poetik bir dillə tərənnüm edib.

Səfər təəssüratlarının məhsulu olan bu şeirlərdə düşmənin insanlara və insanlığa, abidələrə, hətta torpağa, daşa, divara qarşı soyqırımı siyasəti həyata keçirdiyi öz əksini tapır.
Bu xəbər oxucular tərəfindən 220 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed