Şrift:
Xətai rayonunda şadlıq sarayında yanğın olub
22.11.2021 [10:36] - Gündəm, Hadisə
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 2000 kvadratmetr (hər mərtəbəsi 1000 m²) olan ikimərtəbəli şadlıq sarayının mətbəxinin havalandırma sistemində mühərrik və yağ qalıqları, bitişik çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində qismən 1 ədəd pəncərə çərçivəsi yanıb.

Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Şadlıq sarayı və bitişik bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed