Şrift:
İtaliyanın Vulkano adasında təhlükəli qazların artması səbəbindən sakinlər təxliyə edilir
23.11.2021 [10:47] - Gündəm, Sosial
İtaliyanın Vulkano adasında vulkanik fəaliyyətlər nəticəsində təhlükəli qazların artması səbəbindən sakinlərin təxliyəsinə başlanıl

Oksigen səviyyəsinin sürətlə aşağı düşdüyü adada insanlar və ev heyvanlarında ciddi tənəffüs xəstəlikləri qeydə alınıb.

Aeolian arxipelaqındakı 7 adanın hamısının daxil olduğu Lipari bölgəsinin meri Marko Giorgianni qırmızı zona elan edilən ərazilərin boşaldılması barədə fərman imzalayıb. Qərara əsasən, adanın 300-dək sakini yerli vaxtla saat 23:00-dan 6:00-dək evlərində qala bilməyəcək. Müvəqqəti mənzildə yaşamaları üçün bir nəfərlik ailələrə 400 avro, iki nəfərlik ailələrə 500 avro, üç nəfərlik ailələrə 700 avro, dörd və ya daha çox üzvü olan ailələrə 800 avro veriləcək. Sarı zona elan edilən ərazilərdə isə insanlar yuxarı mərtəbələrdə olmaq şərti ilə evlərində qala bilərlər.

Bununla yanaşı, bütün qeyri-rezident ziyarətçilərin və turistlərin bir ay müddətinə adaya səfər etmələri qadağan edilib.

İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatlarına görə, Siciliya adasının şimal sahillərində yerləşən Aeolian arxipelaqındakı Vulkano vulkanik adasında və ətraf ərazilərdə karbon qazının səviyyəsi 80 tondan 480 tona yüksəlib. Bu, havadakı oksigen miqdarını xeyli azaldıb. Hazırda adada karbon qazının səviyyəsini ölçmək üçün 4 geokimyəvi stansiya fəaliyyət göstərir.

Xatırladaq ki, adadakı vulkan sonuncu dəfə 1890-cı il martın 22-də püskürüb.
Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed