Şrift:
MDU ilə “Azərbaycan İES” arasında əməkdaşlıq çərçivəsində təlim-təcrübə proqramına başlanılıb
24.11.2021 [10:18] - Gündəm, İqtisadiyyat
Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan iki həftəlik təlim-təcrübə proqramına başlanılıb.

Universitetdən bildirilib ki, seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” MMC-də təlimlərə qatılıb.

Proqrama uyğun olaraq, tələbələr noyabrın 22-dən dekabrın 6-dək “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin müasir texnologiyalar ilə təchiz olunmuş tədris auditoriyalarında təlimlərdə iştirak edəcək, istehsalatla yaxından tanış olacaq, səriştəli kadrların bilik və təcrübələrindən faydalanmaq imkanı əldə edəcəklər.

Bildirilib ki, sözügedən təlim-təcrübə proqramı bitdikdən sonra, MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən “Azərbaycan İES”in gənc əməkdaşları üçün müvafiq təlimlər keçiriləcək.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsil alanlara müasir bilik və bacarıqların ötürülməsi məqsədilə sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed