Şrift:
İtaliyada taksi sürücüləri tətil elan ediblər
25.11.2021 [09:52] - Gündəm, Sosial
İtaliyada taksi sürücüləri hökumətin hazırladığı bu sektoru rəqabətə və transmilli şirkətlərə açmağı nəzərdə tutan qanun layihəsinə etiraz əlaməti olaraq tətil elan ediblər.

Ölkənin müxtəlif bölgələrindən gələn və yeni qaydalara etiraz edən taksi sürücüləri paytaxt Romada yürüş keçirib. Paytaxtın əsas meydanlarından biri olan “Repubblica”ya toplaşan minlərlə taksi sürücüsünün etirazına müxtəlif həmkarlar ittifaqları da dəstək verib.

Taksi sürücüləri COVID-19 epidemiyasının bu sektora mənfi təsir göstərdiyi bir vaxtda hökumətin rəqabətlə bağlı hədəfinin onlar üçün zərbə olduğunu bildiriblər.

Polis yürüş təşkil edilən ərazidə təhlükəsizlik tədbirlərini artırıb.
Bu xəbər oxucular tərəfindən 141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed