Şrift:
Gürcüstanın azərbaycanlı gəncləri “Plüralizm və demokratiya naminə yeni nəsil” adlı forumda fəal iştirak ediblər
25.11.2021 [09:58] - Xəbərlər, Sosial, Gənclik
Gürcüstanda “Plüralizm və demokratiya naminə yeni nəsil” adlı forum keçirilib.

Gürcüstanın Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Vətəndaş Şurasının təşəbbüsü ilə keçirilən forumda ölkənin bütün bölgələrindən, eləcə də Kvemo Kartli-Borçalı bölgəsindən fəal azərbaycanlı gənclər iştirak ediblər.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Orxan Pirverdiyev AZƏRTAC-a bildirib ki, iki gün davam edən forum çərçivəsində ölkənin demokratik inkişafında gənclərin rolu, gənclərin inteqrasiya proseslərində iştirakı, regional təhlükəsizlik və s məsələlər müzakirə olunub.

Forum çərçivəsində gənclər Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüblər.

O.Priverdiyev deyib ki, azərbaycanlı gənclər təhsil və digər sahələrdə onları narahat edən məsələlər barədə danışıblar. Gürcüstan parlamentində gəncləri Xarici əlaqələr üzrə komitənin sədri Nikoloz Samxaradze qarşılayıb. O, Gürcüstanın xarici siyasətinin prioritetləri, ölkənin Avropa və Avroatlantik strukturlara inteqrasiyası barədə danışıb.

Müzakirələr zamanı Cənubi Qafqaz bölgəsində baş verən proseslər və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.
Bu xəbər oxucular tərəfindən 179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed