Şrift:
İtaliyada COVID-19-a gündəlik yoluxma sayı mayın 1-dən indiyədək ən yüksək göstəriciyə çatıb
25.11.2021 [10:03] - Gündəm, Sağlıq
Son sutka ərzində İtaliyada COVID-19 infeksiyasına yoluxanların sayı 12 min 448 nəfər artaraq ümumilikdə 4 milyon 954 min 585-ə çatıb.

Mayın 1-dən indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 85 nəfər artaraq 133 min 415-ə yüksəlib.

Ölkədə ötən gün 562 min 505 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı 159 min 317 nəfərdir. Reanimasiya şöbəsində olan xəstələrin sayı 573 nəfər, virusdan sağalanların sayı isə 7558 nəfər artaraq 4 milyon 661 min 853 olub.
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed