Şrift:
Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb
29.11.2021 [11:18] - Gündəm, Bildiriş
Artıq bir neçə gündür Türkiyə ərazisində hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar yaradıb.

Ölkə ərazisində yağan güclü yağışlar Antalya vilayətində sel və daşqınlara səbəb olub. Vilayətdə bir çox ev, iş yeri, istixana və əkin sahələrini su basıb, ərazidə qalan 14 nəfər xilas edilib. Bölgədə evlərə dolan suyun boşaldılması istiqamətində işlərə başladılıb.

Hidrometeoroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildirirlər. Noyabrın 29-da böyük şəhərlər də daxil olmaqla ölkə ərazisində hökm sürəcək güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilib.
Bu xəbər oxucular tərəfindən 2615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed