Şrift:
Mingəçevir Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib
30.11.2021 [10:35] - Gündəm, Gənclik
Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) növbəti hesabat-seçki konfransı keçirilib.

Universitetdən bildirilib ki, konfransda MDU-nun rektoru Şahin Bayramov, akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Konfransda TGT-nin sədr əvəzi Elmira Hüseynli iki illik fəaliyyəti barədə hesabat verib.

MDU-nun rektoru Ş.Bayramov hesabat dövründə TGT-nin gördüyü işləri müsbət qiymətləndirib. Qeyd edib ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, layiqli missiyası, təqdirəlayiq fəaliyyəti, ölkənin və regionun ictimai və sosial həyatına töhfəsi sayəsində MDU-nun tələbə gənclərinin şanlı Zəfər ilində “İlin Tələbə Gənclər Təşkilatı” mükafatına layiq görülməsi əlamətdar hadisə və mühüm uğurdur.

MDU-nun modernləşməyə doğru inamla irəlilədiyini vurğulayan rektor tələbə gənclərin universitetin çoxşaxəli fəaliyyətinə töhfələrinin davamlı olacağına əminliyini bildirib və onlara uğurlar arzulayıb.

Sonra TGT-nin yeni seçilmiş sədri, MDU-nun Pedaqoji fakültəsinin tələbəsi Pənah Kərimov və idarə heyətinin yeni üzvləri təqdim olunublar.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da tələbəyönümlü məzmunun yaradılmasına, tələbələrin universitet idarəçiliyində iştirakının artırılmasına və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
Bu xəbər oxucular tərəfindən 245 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed