Şrift:
Moldova mətbuatı Prezident İlham Əliyevin İƏT-in XV Zirvə Toplantısında çıxışına geniş yer ayırıb
30.11.2021 [10:40] - Xəbərlər, Siyasət
Moldova mətbuatı Azərbaycan, İran və Türkmənistan arasında üçtərəfli qaz tədarükü sazişi haqqında məlumatlar yayımlayıb.

Moldovanın “noi.md”, “tribuna.md” və digər xəbər portallarında dərc olunan məqalələrdə sazişin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu sazişə əsasən, Türkmənistandan İran vasitəsilə hər il 1,5 milyarddan 2 milyard kubmetrədək təbii qazın Azərbaycana göndərilməsi nəzərdə tutulur.

Bundan başqa Moldavanın aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında çıxışına da geniş yer ayırıb.
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed