Şrift:
Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti koronavirusun “omikron” ştamına qarşı peyvənd hazırlayacaq
30.11.2021 [11:17] - Gündəm, Sağlıq
Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti koronavirusun “omikron” ştamına qarşı peyvənd hazırlamaq niyyətindədir.

Bu barədə noyabrın 30-da “Yomiuri şhimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, şirkətin mütəxəssisləri gələcək peyvəndin əsasını təşkil edəcək virus hüceyrələrinin yaradılması istiqamətində hazırlıqlara başlayıblar. Lakin peyvəndin hazır olacağı vaxt barədə konkret məlumat verilmir.

Qeyd edilir ki, bu şirkət tərəfindən koronavirusun istənilən ştamına qarşı peyvəndin hazırlanması istiqamətində iş aparılır. Həmin məhsulun cari maliyyə ilinin (2022-ci il martın 31-də başa çatır) sonlarınadək bazara çıxarılması nəzərdə tutulur. Bu məqsədlə şirkətin oktyabrın 20-də həmin peyvəndin təqribən 3 min nəfər üzərində sınaqlarına başladığı da qeyd edilir.

Əlavə olaraq bildirək ki, hazırda Yaponiyada COVID-19-a qarşı ABŞ-Almaniya birgə “Pfizer və BioNTech” konsorsiumunun, ABŞ-ın “Moderna” və Britaniya-İsveç birgə “AstraZeneca” şirkətlərinin peyvəndləri tətbiq edilir.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed