Şrift:
Bişkekdə “Qalib sərkərdə” adlı kitab Azərbaycan dilində çapdan çıxıb
01.12.2021 [10:38] - Gündəm, Kitab evi
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Aygül Bağırovanın “Qalib sərkərdə” adlı kitabı Bişkekdə Azərbaycan dilində nəşr olunub.

“Uluu Toolor” nəşriyyatında çap olunan kitaba Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov “Ön söz” yazıb.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş 400 səhifəlik, üç hissədən ibarət kitabda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyət xətti ardıcıl olaraq izlənilir.

Kitabda Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyi bir daha sübut edilir.

Fondun ənənəsinə uyğun olaraq kitabın Qırğızıstanda və Azərbaycanda pulsuz yayılması nəzərdə tutulur.

Fondun Prezidenti Nüsrət Məmmədov bildirib ki, bu toplu fondun nəşr etdirdiyi 127-cı kitabdır və təqdimatının Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ərəfəsində keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed