Şrift:
Xarici işlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb
01.12.2021 [10:41] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də İsveç Krallığına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov səfər çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed