Şrift:
İtaliyada COVID-19-a sutkalıq yoluxma sayı 15 mini keçib
02.12.2021 [10:19] - Gündəm, Sağlıq
Son 24 saat ərzində İtaliyada COVID-19-a yoluxanların sayı 15 min 85 nəfər artaraq ümumilikdə 5 milyon 43 min 620-yə çatıb.

Ölkədə koronavirusa sutkalıq 15-16 min civarında yoluxma sayı sonuncu dəfə aprelin 22-də qeydə alınmışdı.

Səhiyyə Nazirliyinin məlumatına görə, virusun qurbanlarının sayı isə 103 nəfər artaraq 133 min 931-ə yüksəlib. COVID-19-un qurbanlarının sayı isə iyunun 8-dən bəri ilk dəfə 100-ü keçib.

Ötən gün 573 min 775 test icra olunub, aktiv COVID-19 xəstələrinin sayı 199 min 783, reanimasiya şöbəsində olan xəstələrin sayı 686 nəfərdir. Virusdan sağalanların sayı isə 9457 nəfər artaraq 4 milyon 709 min 906 olub.

Keçən il dekabrın 27-dən etibarən COVID-19-a qarşı aparılan vaksinasiya kampaniyası çərçivəsində bu günədək 96 milyon 485 min 868 doza peyvənd vurulub. Peyvəndlərini tamamlayanların sayı 45 milyon 687 min 95 nəfərdir. Ölkədə sentyabrın 20-dən etibarən xərçəng xəstələri və immuniteti zəif olan şəxslərə üçüncü doza peyvənd vurulur. İndiyədək 6 milyon 685 min 915 nəfərə əlavə peyvənd tətbiq edilib.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed