Şrift:
Gəmiçimizin cənazəsinin Vətənimizə göndərilməsi üçün konsulluq tərəfindən lazımi dəstək göstərilir
03.12.2021 [10:26] - Gündəm, Sosial
Meric Wind Maritime and Trading Co. Marshall İsland” şirkətinə aid “Ünzilə Ana” gəmi sahibinin nümayəndəsi Mustafa Ceylan tərəfindən verilən şifahi məlumata istinadən bildiririk ki, Azərbaycan Respublikası vətəndaşı olan dənizçi Anar Orucov dekabrın 1-də saat 02:46 radələrində Qara dənizin Eregil limanında (Zonquldağ vilayəti) lövbər salmış gəmidən dənizə düşüb. Hadisənin dənizçinin gəminin ön tərəfinə keçərkən ayağının kəndirə dolaşması nəticəsində baş verməsi gəmi kamerası tərəfindən qeydə alınıb.

Bu barədə ölkəmizin İstanbuldaki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, cəsəd bu gün səhər saatları tapılıb, hazırda mərhumun atası və dayısı üçün şirkət tərəfindən təyyarə biletlər alınıb və onların İstanbula gəlmələri gözlənilir. Mərhumun qohumları İstanbulda qarşılanıb Zonquldağ vilayətinə yola salınacaqlar. Şirkətin səlahiyyətli nümayəndəsinə cənazənin göndərilməsi və müvafiq sənədləşmə işləri ilə əlaqədar konsulluq tərəfindən lazımi dəstək göstərilir.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed