Şrift:
“Avropa Sülh Fondu” Gürcüstanın Müdafiə Qüvvələrinə 12,75 milyon avro yardımı göstərəcək
03.12.2021 [10:36] - Gündəm, Sosial
“Avropa Sülh Fondu” Gürcüstanın Müdafiə Qüvvələrinə 12,75 milyon avro həcmində maliyyə yardımı göstərəcək.

Bununla bağlı Avropa Ittifaqı qərar qəbul edib.

Qərarına əsasən bu yardım Gürcüstan Müdafiə Qüvvələrinin döyüş qabiliyyətini, eləcə də böhran və ya fövqəladə vəziyyətlərdə mülki əhaliyə xidmət göstərmək imkanlarını genişləndirəcək.

Aİ-nın xarici əlaqələr bölməsindən bildirilib ki, 12,75 milyon avro həcmində vəsait Gürcüstana 36 ay ərzində təqdim olunacaq.

Sənəddə qeyd edilir ki, yardım əsasında ölkənin müdafiə qüvvələri tibbi və mühəndis avadanlığı, həmçinin, mülki nəqliyyat vasitələri ilə təmin ediləcək.

Aİ-nın qərarına əsasən Moldova 7 milyon, Ukrayna 31 milyon, Mali isə 24 milyon avro yardım alacaq.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed