Şrift:
İlin könüllüsü: Burada olmağım əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının təbliği kimi anlaşıla bilər
06.12.2021 [09:43] - Gündəm, Sosial
Əvvəlcə təmsil elədiyin quruma təşəkkür edirəm ki, mənə diqqət və qayğı göstərir. Həmçinin AFFA və UEFA-ya da dəstəklərinə görə minnətdarlığımı bildirirəm.

Bu fikirləri Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumunda müsahibəsində Ramin Binnətov söyləyib.

Ramin Binnətov deyib: “Burada olmağım əlilliyi olan insanların cəmiyyətimizə inteqrasiyasının təbliği kimi anlaşıla bilər. Bu özü də bir təbliğidir ki, fiziki qüsurları olan insanlar cəmiyyətdə, sosial həyatda aktivlik nümayiş etdirir. Fikirləşirəm ki, gələcəkdə bu cür geniş tədbirlərin keçirilməsi fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiya olunmasında böyük rol oynayacaq. Həmçinin inklüziv cəmiyyətin qurulmasında çox önəm daşıyacaq”.
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed