Şrift:
Luis Hamilton Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi olub
06.12.2021 [09:55] - Gündəm, İdman
Dekabrın 5-də Formula 1 Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi müəyyənləşib.

Ciddə şəhər halqasında təşkil olunan mövsümün 21-ci yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Red Bull Racing”in pilotu Maks Ferstappen və “Mercedes”in digər üzvü Valtteri Bottas tamamlayıblar.

L.Hamilton ardıcıl üçüncü, cari mövsüm səkkizinci, karyerasında isə 103-cü qələbəsini qazanıb.

Pilotların siyahısında eyni - 369,5 xala malik M.Ferstappen və L.Hamilton ilk iki pillədə yer alıblar. Valtteri Bottas (“Mercedes”) isə 218 xalla üçüncü pillədə qərarlaşıb.

Konstruktorlar kubokunda "Mercedes" 587,5 xalla birincidir. Hesabında 559,5 xal olan “Red Bull Racing” ikinci, “Ferrari” isə 307,5 xalla üçüncü yerdə qərarlaşıb.

Mövsümün sonuncu yarış dekabrın 12-də Əbu-Dabidə təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olmuşdu
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed