Şrift:
Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü ilə görüşüb
06.12.2021 [09:56] - Xəbərlər, Mədəniyyət
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın bir qrup üzvü ilə görüşüb.

İctimai şuranın sədri Gəray Əlibəyov, şura sədrinin müavini Şahin Qədirov, şura üzvü Samirə Mustafayeva şuranın gördüyü, görməyi planlaşdırdığı işlər, ölkənin mədəniyyət təsərrüfatında müşahidə olunan müxtəlif məsələlər - uğurlar, problemlər və mədəniyyət işçilərinin, incəsənət xadimlərinin qayğıları, müraciətləri, təşəbbüs və təklifləri ilə bağlı fikirlərini bölüşüblər

Komitə sədri bu görüşün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərdən sonra ilk dəfə baş tutduğunu, gələcəkdə belə fikir mübadilələrini müntəzəm şəkildə keçirməyin ümumi işə faydalı olacağını bildirib, onları məsuliyyətli vəzifəyə seçkilərdə uğur qazandıqlarına görə təbrik edib. Şura üzvlərinə yaradıcılıqda və təşkilatı fəaliyyətdə uğurlar arzulayan Q.Paşayeva, yaxın vaxtda Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və İctimai Şuranın birgə toplantısını keçirməyi təklif edib.

Komitə sədri şura üzvlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed