Şrift:
Qazilərimiz qardaş ölkədə keçirilən futbol matçlarında qonaq qismində iştirak ediblər
06.12.2021 [10:00] - Xəbərlər, Sosial
“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicəsi davam etdirilən 44 günlük Vətən müharibəsi qaziləri qardaş ölkədə keçirilən futbol matçlarında qonaq qismində iştirak ediblər.

Təşəbbüs Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) tərəfindən irəli sürülüb. Belə ki, TADEF tərəfindən Türkiyənin aparıcı futbol klublarına müraciət edilərək qazilərimizin oyunlarda iştirak etməsi ilə bağlı təklif irəli sürülüb. Bu təşəbbüsə ilk olaraq “Fənərbaxça” klubu qatılıb və 11 qazimiz “Fənərbaxça” – “Rizəspor” qarşılaşmasında qonaq olublar.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed