Şrift:
Çində İES-də baş verən yanğında 8 nəfər ölü
06.12.2021 [10:01] - Gündəm, Hadisə
Çinin Şensi vilayətində istilik elektrik stansiyasının (İES) yataqxanasında baş verən yanğında 8 nəfər ölüb.

Hadisə Şouyan qəsəbəsində gecə saat 2 radələrində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 3 saatlıq mübarizədən sonra yanğını nəzarət altına ala biliblər. Binadan 8 nəfərin meyiti tapılıb, 5 nəfər isə xəsarət alıb.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir.
Bu xəbər oxucular tərəfindən 1409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed