Şrift:
Özbəkistanla Qazaxıstan arasında əmtəə mübadiləsinin həcmi 10 milyard dollara çatdırılacaq
07.12.2021 [10:34] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qazaxıstana səfəri başa çatıb.

Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə tranzit, logistika, energetika, su və kənd təsərrüfatı, mədəni-humanitar, maşınqayırma, elektrotexnika, kimya və toxuculuq sənayesi, əczaçılıq, regionlararası əməkdaşlıq və digər sahələrdə münasibətlərin genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Bildirilib ki, hazırda Özbəkistan kapitalı ilə Qazaxıstanda 1400 müəssisə fəaliyyət göstərir.

Dövlət başçıları Uçkuduk-Kızılorda avtomobil və dəmir yolunun, həmçinin Türküstan-Çimkənd-Daşkənd sürətli dəmir yolu layihəsinin tikintisinin tezləşdirilməsi ilə bağlı razılıq əldə ediblər.

Prezidentlər yaxın 5 ildə ölkələr arasında əmtəə mübadiləsi həcminin 10 milyard dollara çatdırılmasını qərara alıblar.

Səfər çərçivəsində keçirilən biznes-forumda Özbəkistanla Qazaxıstan arasında 5,9 milyard dollar həcmində sənəd imzalanıb.

Ümumiyyətlə, səfər çərçivəsində bütün sahələri əhatə edən 22 sənədə imza atılıb.
Bu xəbər oxucular tərəfindən 1199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed