Şrift:
Böyük Britaniyanın bir çox bölgəsində koronavirusun “omikron” ştamı yayılmağa başlayıb
08.12.2021 [10:11] - Gündəm, Sağlıq
Böyük Britaniyanın bir çox bölgəsində koronavirusun “omikron” variantı yayılmağa başlayıb.

Səhiyyə naziri Səcid Cavid parlamentdə çıxışında “omikron” ştamının ölkə daxilində bir çox bölgədə yayılmağa başladığını açıqlayıb.

S.Cavid bildirib ki, koronavirusun yeni ştamı səbəbindən səyahət qaydalarına dəyişiklik edilib. Bundan sonra Böyük Britaniyaya səfər edəcək şəxslər peyvənd olunmasından asılı olmayaraq ölkəyə girməzdən əvvəl 48 saat içərisində PCR testindən keçməli olacaqlar. Ölkəyə daxil olduqdan sonra 10 gün karantində qalacaqlar.

Böyük Britaniya, həmçinin 11 Afrika ölkəsini qırmızı siyahıya daxil edib.

Qeyd edək ki, Krallıqda indiyədək 336 nəfərin koronavirusun “omikron” variantına yoluxduğu müəyyən edilib.
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed