Şrift:
Özbəkistan filmi “Oskar” mükafatına namizədlər siyahısına salınıb
08.12.2021 [10:13] - Xəbərlər, Mədəniyyət
Özbəkistan ssenaristi və rejissoru Elkin Tuyçiyevin “Fəridənin iki min mahnısı” filmi “Ən yaxşı xarici bədii film” nominasiyasında “Oskar” mükafatına namizədlər siyahısına salınıb.

Özbəkistan mətbuatına istinadla xəbər verir ki, film 2020-ci ildə “Özbəkkino” Agentliyinin sifarişi ilə “Fox Music Cinema” kino şirkəti tərəfindən çəkilib.

Bildirilir ki, Özbəkistandan başqa öz filmlərini bu mükafata dünyanın 93 ölkəsi təqdim edib.

Film keçən əsrin əvvəllərində Türküstanda bir ailənin timsalında baş verən siyasi hadisələrdən bəhs edir.

“Fəridənin iki min mahnısı” filmi ötən ilin noyabrında Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyini əhatə edən “Moskva premyerası” festivalında “Qran-pri”ni alıb.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed