Şrift:
"Gənclərə dəstək 5 il sizinlə" adlı konsert təqdim edilib
08.12.2021 [10:22] - Gündəm, Mədəniyyət
Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Gənclərə dəstək 5 il sizinlə" adlı konsert keçirilib.

Gənc istedadlı musiqiçilərin ifalarının dinlənildiyi konsertdə Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi altında Azərbaycan Milli Konservatoriyasının Xoru da iştirak edib. Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc istedadlı musiqiçilərə xüsusi diqqət göstərilir. Məhz bu məqsədlə 2016-cı ildə Mədəniyyət Nazirliyinin dəstəyi və Filarmoniyanın direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadənin təşəbbüsü ilə "Gənclərə dəstək" layihəsinə başlanılıb. Bu il layihənin 5 ili tamam olur.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed