Şrift:
Lənkəranda maarifləndirici tədbir: Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər
10.12.2021 [09:38] - Xəbərlər, Sosial, İslam dini
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.

Lənkəran şəhərinin M.Bağırov adına 1 nömrəli tam orta məktəbində baş tutan maarifləndirici tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, məktəbin direktoru Nəzakət Abdullayeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün dövlət tərəfindən şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib.

Çıxış edənlər məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək, bu istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 7380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed