Şrift:
Nizami Gəncəvinin 880 illiyi Salonikidə də qeyd olunub
14.12.2021 [10:18] - Xəbərlər, Mədəniyyət
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar həm ölkədə, həm də ölkəmizdən kənarda silsilə tədbirlər keçirilir.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti “Nizami Gəncəvi İli” çərçivəsində Saloniki səhərində “Nizami Gəncəvi-880” adlı fotosərgi təşkil edib.

Tədbirdə yunan tarixçi-alimi Sokrat Angelidis tərəfindən Nizami irsinin yunanca təqdimatı keçirilib və 2022-ci təqvim ili üçün Nizaminin aforizmlərindən ibarət illik təqvimin nəşri təqdim olunub, küçə və yollarda braşuralar paylanılıb.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed