Şrift:
İtaliyada koronavirus qurbanlarının sayı 135 mini ötüb
15.12.2021 [09:03] - Gündəm, Sağlıq
İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 20 min 677 nəfər artaraq ümumilikdə 5 milyon 258 min 886-ya çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 120 nəfər artaraq 135 min 49-a yüksəlib. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 297 min 394, reanimasiya şöbəsində olanların sayı 863 nəfərdir.

Ötən gün 776 min 563 test icra edilib, virusdan sağalanların sayı 13 min 908 nəfər artaraq 4 milyon 826 min 443 olub.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed